Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
13 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3832
31.03.2021, 19:39
Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq.
BŞH-dən Oxu24.com-a verilən məlumata görə, Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək.
Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.
Həmçinin oxuyun
Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. "Formula 1" trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.
Bakı Şəhər Halqası ƏŞ müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.